İnanclı məhbus aclıq aksiyasına başlayacaq

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, inanclı Kazımov Xalidin səhətində ciddi problemlər yaranıb.

Cenubpress internet qəzeti xəbər verir ki, Xalid Kazımovun sol gözü tutulmaq üzrədir. Ciddi baş ağrılarından yata bilmir. Müayinə olunduqdan sonra “Hepatit C” olduğu bildirilsə də, heç bir dərman preparatı verilmir. Həbsinin üçdə bir hissəsini nümunəvi dustaq kimi çəkən, heç bir nöqsanı olmayan inanclı Xalid Kazımov niyə bu ağır xəstəliklə azadlığa buraxılmasını sual edir?!

Xalid Kazımov hüquqlarının bərpa edilməyəcəyi təqdirdə noyabrın 20-dən aclıq aksiyasına başlayacağını bildirib.

Bundan sonra başına gələcək hər hansı hadisə və şərləmə olarsa, günahının olmaması və hüquqlarını tələb etdiyinə görə olduğunu qeyd edib.

Siyasi məhbus, Xalid Kazımovun yaxınları hüquq müdafiəçilərindən, jurnalistlərdən kömək gözləyir.

Qeyd edək ki, Masallı dindarlarından olan Xalid Kazımov 2012-ci ilin sentyabr ayında, Masallı rayonunda əsassız ittihamlarla həbs olunub. O, “beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək” ittihamı ilə tutularaq 8 il azadlıqdan məhrum edilib.