Müsavat rəhbərliyi 9 ölkənin baş naziri ilə birgə ALDE-nin konqresində

Müsavat Partiyasının başqanı Arif Hacılı və onun müavini Səxavət Soltanlı Avropa Liberal Demokrat İttifaqının (ALDE) İspaniya paytaxtı Madriddə keçirilən 39-cu konqresində iştirak edirlər.

Tədbirdə 9 ölkənin baş naziri də daxil olmaqla, Avropanın bir sıra dövlət xadimləri və Avropa Parlamentinin üzvləri iştirak edir.
 
“Avropanın çox ciddi siyasi partiyaların liderləri ilə görüşlər keçiririk. Avropa parlamentinin üzvləri ilə əlaqələr qururuq. Bu toplantıda bizim iştirakımız həm Müsavat Partiyası üçün, həm də bötövlükdə Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki bu görüşlərdə Qarabağ məsələsi də daxil olmaqla Azərbaycanın problemlərini müzakirə edirik”, – deyə, Arif Hacılı vurğulayıb.

 
Qeyd edək ki, ALDE Avropanın liberal yönümlü siyasi partiyalarının transmilli ittifaqıdır. Bu ittifaq Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında və NATO-nun Parlament Assambleyasında təmsil olunub.
 
Müsavat Partiyası 2006-cı ildən ALDE-nin üzvüdür.

Bastainfo.com