Arif Hacılı: “Səfərimiz Azərbaycan və Müsavat üçün çox uğurlu oldu”

Avropa Liberal Demokrat İttifaqının (ALDE) İspaniya paytaxtı Madriddə keçirilən 39-cu konqresi başa çatıb. Tədbirdə Azərbaycanı Müsavat Partiyasının başqanı Arif Hacılı və onun xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı təmsil ediblər.

Tədbir çərçivəsində Müsavat təmsilçiləri Avropa Parlıamentinin deputatları və partiya liderləri ilə çoxsaylı görüşlər keçiriblər.

“ALDE rəhbərləri, Avropa ölkələrinin dövlət xadimləri, Avropa parlamentinin çoxsaylı üzvləri, öz ölkələrində hakimiyyətdə və müxalifətdə olan partiyaların sədrləri, ictimai xadimlərlə görüşlərimiz, müxtəlif mövzularda müzakirələrimiz oldu. Dağlıq Qarabağ problemi də daxil olmaqla problemlərimizdən danışdıq. Əməkdaşlıq perspektivlərimizlə bağlı fikir mübadiləsi apardıq”, – deyə Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb. 

“Müsavat AKM üzvləri ilə görüşdük. Bu təşkilatın fəaliyyətinin yaxşılaşdırılması üçün təkliflər verdik. 
Məncə qısa müddətli səfərimiz səmərəli, Azərbaycan və Müsavat Partiyası üçün çox uğurlu oldu”, – Arif Hacılı bildirib.

 

 

Bastainfo.com