Ramzan Kadrov Bakıya gəlib

Çərşənbə axşamı Çeçenistanın başçısı Ramzan Kadırov Bakıya gəlib və prezident İlham Əliyevlə görüşüb.

Daily Storm teleqram-kanalın məlumatına görə, o, Türkiyədən gəlib və orada da bir sıra görüşlər keçirib.

Bundan öncə R.Kadırov Bəhreyndə olub və Bəhreyn Krallığının şahzadəsi şeyx Naser bin Həməd Əl- Xəlifə ilə görüşüb.

Sonra o, BƏƏ-yə gedib və Əbu-Dabi şahzadəsi şeyx Mühəmməd bin Zayed Əl -Nahyanla və bəzi sahibkarlarla görüşüb.

Turnenin məqsədi açıqlanmır. Lakin sirr deyil ki, R.Kadırovun bəzi şərq ölkələrində biznesi var və ora mühüm vəsait qoyur, aktivləri var.

R.Kadırovun Azərbaycanda da biznes maraqları var.

 

Turan