Cümhuriyyət Parlamenti – 100: Müsavatda bayram tədbiri – Video

Bu gün Müsavat Partiyasınn mərkəzi qərargahında Cümhuriyyət Parlamentinin yüz illiyi ilə əlaqədar bayram tədbiri keçirilib.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Bozqurd partiyasının sədri İsgəndər Həmidov, Real partiyasının icra aparatının rəhbəri Natiq Cəfərli, VHP sədri Sabir Rüstəmxanlı, MDP sədri Rafiq Turabxanlı, istiqlalçı millət vəkili İbrahim İbrahimli, ziyalılar və Müsavat fəalları iştirak ediblər.

 

 

 

1918 il dekabrın 7-də saat 13.00-da H.Z.Tağıyevin qız-məktəbinin binasında – indiki Füzuli adına Əlyazmalar İnsitutunun yerləşdiyi məkan – Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Azərbaycan Milli Şurasının 1918 il 19 noyabr tarixli qanununa əsasən, parlamentdə ölkə ərazisində yaşayan bütün xalqlar, hətta sayca çox az olduqlarına görə parlament seçkilərində iştirak etmək hüququ olmayan xalqlar da təmsil olundular.  

Parlamentin açılışında öncə Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söylədi. “Müsavat” fraksiyasının təklifi ilə bu zaman səfərdə olan Əlimərdan bəy Topçubaşov qiyabi olaraq parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. 

 

Bastainfo.com