Məhkəmə Əbülfəz Sadıqbəylini həbsdə saxladı

Cümə günü Sәbail Rayon Mәhkәmәsindә hakim Mədinə Bağırovanın sədrliyi ilə Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyliyə qarşı seçilmiş hәbs qәtimkan tәdbirinin ev dustaqlığı әvәzlәnmәsi ilə bağlı təqdim edilmiş vəsatətə baxılıb.

Vəkil Osman Kazımov məhkəmədən sonra jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Əbülfəz Sadıqbəylinin istintaqdan yayınacağını iddia etmək üçün heç bir qanuni əsas olmadığı halda, hətta istintaqın iddiasına görə banka dəymiş maddi ziyanın aradan qaldırılmasına baxmayaraq, hakim vəsatətəti təmin etməyib. 

 

Qeyd edək ki, noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Məhkəmə bunu müxalifət fəalının bir neçə il əvvəl “Nikoyl” bankdan avtomobil almaq üçün götürdüyü kreditlə əlaqələndirib.
Əbülfəz Sadıqbəyliyə qarşı CM-in 178  və 320-ci maddələrilə ittiham irəli sürülüb. Müsavat Partiyası Sadıqbəylinin banka borcunu çoxdan ödədiyini, onun siyasi fəaliyyətinə görə əsassız ittihamla həbs edildiyini bildirib.
Bastainfo.com