Fransada yeni toqquşmalar – Video

Fransada “sarı jiletlər”in etiraz aksiyası davam edir.

Parisdə polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

Cavab olaraq, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşların daş və şüşə atıblar. 

Səhər saatlarından təkcə Parisdə 480 nəfərin saxlanıldığı bildirilir.

Hazırda iğtişaşlar davam edir, şəhərdə partlayış səsləri eşidilir.

Qeyd edək ki, Fransada kütləvi etiraz aksiyaları noyabr ayının ortalarında hökumətin yanacaq qiymətlərini qaldırmasından sonra başlayıb.  Təzyiqlərlə üzləşən hökumət yanvarın 1-dən (2019) etibarən qüvvəyə mindirəcəyi yeni yanacaq vergisinin tətbiqini yarım il müddətinə ertələyib.

Ancaq etirazçılar təkcə bununla kifayətlənməyiblər.

“Sarı jiletlilər” Fransanın ən iri şəhərlərində kütləvi etiraz aksiyaları təşkil edərək hökuməti istefaya çağırırlar.

 

Oxu.az