Nikol Paşinyan Sankt-Peterburqda İlham Əliyevlə görüşü haqda danışıb

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan cümə günü jurnalistlərə Sankt-Peterburqda prezident İlham Əliyevlə görüşündən danışıb. “Biz əsirlərin dəyişdirilməsi haqda danışdıq.

Razılıga gəlmədik, ancaq müzakirələr davam edəcək. Bilirsiniz ki, onlar “hamını hamıya” prinsipi üzrə hərəkət etməyi təkif ediblər. Ancaq bizim bir problemimiz var. Qarabağ rəhbərliyi ilə müzakirə etmək lazımdır. Biz danışıqlar prosesinin fraqmentləri haqda və digər məsələlərdən danışdıq”, – Paşinyan bildirib.

O qeyd edib ki, Azərbaycan prezidenti ilə görüş Avrasiya İqtisadi Şurasının iclasından sonra nahar vaxtı baş tutub.

 

Turan