Arif Hacılı: “Çıxış yolu Mehman Hüseynovla dirəşmək yox, azadlığa buraxmaqdır”

Müsavat başqanı Arif Hacılı həbsdə olan bloger Mehman Hüseynovun keçirdiyi aclıq aksiyasına münasibət bilirib.

O, özünün feysbuk səhifəsində bunları yazıb:

“Həbsxana şəraitində aclıq aksiyası keçirmək daha çətindir. Mehman 8 gündür bunu edir, bütün təziqlərə dözür, iradə nümayiş etdirir. Hakimiyyət haqsızlıqdan yorulmuş, ədalətsizlikdən bezmiş əqidəli insanın hələ nələrə qadir olduğunu bilmir. Mehman Hüseynov da Azərbaycanın Elmar Hüseynov, Mübariz İbrahimov, Vəzir Orucov kimi fenomenlərindən biridir. Onun iradəsini qırmaq mümkün deyil. Çıxış yolu onunla dirəşmək yox, azadlığa buraxmaqdır. Mehman Hüseynova azadlıq!”

 

Bastainfo.com