Dunja Mijatovic: “Mehman Hüseynov dərhal mülki xəstəxanaya köçürülməlidir”

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunja Mijatovic həmməruzəçiləri diqqəti blogger Mehman Hüseynova açılan qondarma cinayət işinə yönəltməyə səsləyib.

“Basta” nın məlumatına görə Mijatoviç bu haqda özünün twitter səhifəsində yazıb.

Dunja Mijatović, digər tvitində yazıb,” Bu gün Azərbaycanın Xarici İşlər nazirinin köməkçisi Mahmud Məmmədquluyevlə danışdım. Dedim ki, hökümət Mehman Hüseynova qarşı irəli sürülmüş ittihamları geri çəkməlidir. Vurğuladım ki, hakimiyyət cənab Hüseynovu lazımi tibbi yardımla təmin etməli idi. M.Hüseynov lazımi tibbi müalicə üçün dərhal bir mülki xəstəxanaya köçürülməlidir.

Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları üzrə öhdəliklərə əməl edəcəkdir. Mən gələn aylarda Mehman Hüseynovun işində irəliləyiş görmək və hakimiyyət və vətəndaş cəmiyyəti ilə konstruktiv dialoqu davam etdirmək üçün Azərbaycana səfər etməyi planlayıram.

 

Qeyd edək ki, həbsdəki bloger Mehman Hüseynova cəza müddətinin başa çatmasına 2 ay qalmış yeni ittiham irəli sürülüb. O, bu ittihamın əsassız olduğunu bildirib, şərlənməsinə etiraz olaraq artıq 11-ci gündür ki, aclıq aksiyası keçirir.

 

Könül Alı

Bastainfo.com