İsa Qəmbər Mehmanın aclıq aksiyasına münasibət bildirməyənlərə: “Bəs siz hardasınız?!”

Milli Strateji Düşüncə Mərkəzinin(MSDM) sədri İsa Qəmbər bloger Mehman Hüseynova açılan qondarma cinayət işinə münasibət bildirib.

Bu barədə özünün “facebook” səhifəsində status yazan İsa Qəmbər belə deyib: “Xeyir və Şər arasında mübarizə 2018-ci ildən 2019-cu ilə keçərək bütün gərginliyi ilə davam edir. Azadlıqda Xeyir qüvvələrin aparıcı gənclərindən bir olan Mehman Hüseynov zindanda da mübarizəni böyük fədakarlıqla sürdürür.

“Bu qlobal mübarizədə yerini müəyyən edənlər az deyil. Onların bir qismi Mehmanın aclıq aksiyasına dəstək verir, bir qismi başqa vasitələrlə mövqe ortaya qoyur. Şər qüvvələrə xidmət edənlər də var. Bəs siz hardasınız?!”, -İsa Qəmbər əlavə edib.

Qeyd edək ki, həbsdəki bloger Mehman Hüseynova cəza müddətinin başa çatmasına 2 ay qalmış yeni ittiham irəli sürülüb. O, bu ittihamın əsassız olduğunu bildirib, şərlənməsinə etiraz olaraq artıq 11-ci gündür ki, aclıq aksiyası keçirir.

 

Bastainfo.com