Siyasi məhbuslarla bağlı toplantıda cəmiyyətə önəmli mesajlar verildi – Video

Bu gün Müsavat Partiyasının qərargahında Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) toplantısı keçirilib.

Tədbirdə SMMM-in təmsilçiləri Oqtay Gülalıyev, Mehman Əliyev, Əvəz Zeynallı, Zümrüd Yağmur, eləcə də Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər və digərləri iştirak ediblər.

İclasda həbsdəki bloger Mehman Hüseynov və digər siyasi məhbuslarla bağlı yaranan son vəziyyət müzakirə olunub.

Arif Hacılı siyasi məhbusların müdafiəsi ilə bağlı görülməli olan tədbirlərdən danışıb və qeyd edib ki, müxalifətin aparıcı partiyaları arasında bununla bağlı məsləhətləşmələr gedir. Son 10 ildə müxalifətin indiki qədər yaxın olmadığını deyən Arif Hacılı canlı yayımda cəmiyyətə bir sıra mesajlar açıqlayıb.

Tədbirin ikinci hissəsində siyasi məhbuslar Əfqan MuxtarlıFuad Əhmədlinin doğum günləri qeyd edilib.

Bastainfo.com