39 beynəlxalq təşkilat Mehman Hüseynovla bağlı bəyanat yaydı

Biz, 13 İnsan Haqları Evlərindən olan 39 insan hüquqları təşkilatı  beynəlxalq ictimaiyyəti həbsdə olan azərbaycanlı fotoreportyor, video- blogger və hüquq müdafiəçisi Mehman Hüseynovun həyatını, sağlamlığını və hüquqlarını təmin edilməsi üçün dərhal tədbirlər görməyə çağırırıq. Ona qarşı yeni cinayət işinin açılmasına və psixoloji təzyiqlərə  görə dərindən narahat oluruq. Beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyəti ilə ünsiyyət saxlamaqla bu məsələni diqqətdə saxlamağı, Mehman Hüseynova ictimai dəstək ifadə etməyə çağırırıq.

Mehman Hüseynov 2018-ci il dekabrın 26-da ona qarşı qaldırılan yeni cinayət işinə etiraz olaraq aclıq aksiyasına başlayıb – bu ittiham bizə və bir çoxlarına, o cümlədən Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili inandırıcı görünmür. 2012-ci ildən etibarən Mehman Hüseynova xarici səfərlər qadağan edilib. Şəxsiyyət vəsiqəsi və digər rəsmi sənədləri əlindən alınıb və bu da ona səhiyyə, təhsil kimi ictimai xidmətlərə çıxmağa mane olub. O, 9 yanvar 2017-ci il tarixində oğurlanaraq polis şöbəsinə aparıldığını, orada işgəncələrə məruz qaldığını bildirib.

Bundan sonra, Mehman Hüseynov polisə böhtan iddiası ilə 3 mart 2017-ci ildə iki il müddətinə həbs cəzasına məhkum edilib. İndi də həbsxana məmuruna qarşı zorakılıq iddiası ilə yeni cinayətdə  ittiham olunur.

Mehman Hüseynova qarşı edilən hərəkətlər siyasi motivlilir, insan hüquqları və korrupsiya ilə bağlı məlumatlar yayan fəaliyyəti ilə sıx bağlıdır. Mehmana qarşı edilən hərəkətlər birbaşa olaraq onun vəziyyətinin  ağırlaşmasına gətirib çıxarıb. Azadlığının məhdudlaşdırıldığı  Mehman Hüseynov 2018-ci il dekabrın 26-da aclıq aksiyası keçirməkdən başqa bir yol görməyib. Bununla yanaşı qeyd etmək istərdik ki, 2018-ci ilin avqustunda Mehman Hüseynova vəfat etmiş anasının cənazəsini ziyarət etməsinə icazə verilsə də, xəstəxanada olduğu müddətdə, xəstə anasını ziyarət etməsinə imkan yaradılmayıb.

Biz beynəlxalq ictimaiyyəti Mehman Hüseynovu dəstəkləmək üçün Azərbaycan hakimiyyəti ilə aşağıdakı məsələləri müzakirə etməyə çağırırıq:

Mehman Hüseynov müstəqil tibb işçiləri tərəfindən müayinə üçün mülki bir xəstəxanaya köçürülməlidir və onun sağlamlığının müdafiəsi çox vacibdir.

Onun vəkilləri və ailə üzvləri ilə görüşmək hüququna hörmət edilməli, beynəlxalq ictimaiyyətin Mehmanla görüşünə şərait yaradılmalıdır.

Azərbaycan hakimiyyətinin Mehman Hüseynovun “Azərbaycan Ombudsmanının Milli Müdafiə Qrupu” adlanan “QHT-lərin nəzarət qrupu”nun  məruzələrindən xəbərdarıq. Bu səfərin baş tutmasına  baxmayaraq, biz bu QHT-lərin hakimiyyətdən asılı olmadığına inanmırıq.

Prokurorluq Azərbaycan Cinayət Məcəlləsinin 317.2-ci maddəsinə uyğun olaraq verilmiş yeni cinayət ittihamlarını ləğv etməlidir, çünki ona qarşı qaldırılan ittiham inandırıcı deyil.

Mehman Hüseynov 2 mart 2019-cu ildən gec olmayaraq həbsxanadan azad edilməlidir.

Mehman Hüseynova qarşı iddiaların bir məqsədi var – onu susdurmaq.

Biz xüsusilə dövlət orqanlarının növbəti addımlarından və tədbirlərindən narahatıq.  Hakimiyyətin  növbəti addımı Mehman Hüseynova  mübarizəsini dayandırması və ya Azərbaycandan sürgün edilməsi üçün təzyiqlər ola bilər. Biz bu qərarların zorakılıq yolu ilə qəbul etdirilməsindən qorxuruq. O, belə bir addımı atmağa məcbur edilməməlidir və bu mövzuda beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac var.

Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olan hüquqşünaslar mühafizə olunmalı və işlərini təzyiq, təqib və ya qətiyyətsiz görməkdə müstəqil olmalıdırlar.  İnsan Hüquqları Şurasının iyun, 2017-ci il tarixli qətnaməsində qeyd edildiyi kimi, hüquqşünaslar “öz funksiyalarını sərbəst, müstəqil və repressiya qorxusu olmadan azad edə bilərlər”.  Azərbaycanda siyasi baxımdan həssas işlər görən hüquqşünaslar təhlükələrlə üzləşirlər. Nəticə odur ki, yalnız bir neçə nəfər  hüquqşünas Azərbaycan Vəkillər Kollegiyasına lisenziyasına malikdirlər. Mehman Hüseynovu təmsil edən bir hüquqşünasın lisenziyası 2018-ci ilədək təxirə salınıb. Biz çox narahatıq ki, Mehman Hüseynovu təmsil etməkdə davam edən iki hüquqşünasla da eyni cür hərəkətlər edilə bilər.

Biz  beynəlxalq ictimaiyyətin üzvlərindən:

Həbsxanada Mehman Hüseynovun vəziyyətini araşdırmaq və onun vəziyyəti barədə hesabat vermək, bu cür səfərlərin  təşkilini  Azərbaycan hakimiyyətindən tələb etmək, Mehman Hüseynova ictimai dəstək göstərilməsi və yeni ittihamlara açıq şəkildə cavab vermək üçün hərəkətə keçməyi istəyirik.

İnsan Haqları Evləri Şəbəkənin aşağıdakı üzv təşkilatları Mehman Hüseynovun həyatını, sağlamlığını və hüquqlarını təmin etmək üçün beynəlxalq dəstək almağa çağırır.

 

Heybət Əmrah

Bastainfo.com