Mühacirlər aclıq aksiyasına başladı

Yanvarın 11-də Almaniya paytaxtı Berlin şəhərində bir qrup mühacir Mehman Hüseynova qarşı qaldırılan əsassız cinayət işinə etiraz əlaməti olaraq və bütün siyasi məhbusların azad edilməsi tələbilə aclıq aksiyasına başlayıblar.

Bu haqda “Basta”ya Müsavat Avropa Koordinasiya Mərkəzindən (Müsavat AKM) məlumat verilib.

Aksiyaya qoşulanlar Müsavat AKM-in üzvləri Tural Abbasov, Nurlan Əliyev, Zərifə Əliyeva, Həmdi Əliyev və İslam Hacıyev dir.

Bildirilir ki, aksiya siyasi məhbuslar məsələsinə Azərbaycan hakimiyyətinin rəsmi münasibət bildirməsinədək müddətsiz olaraq davam edəcək. 

Bastainfo.com