Müsavatın mənzil-qərargahında aclıq aksiyası davam edir – Foto/Video

Müsavat Partiyasının mənzil-qərargahında bloger Mehman Hüseynov və digər siyasi məhbusların həbsdən azad olunması tələbilə aclıq aksiyası davam etdirilir. Aclıq aksiyası yanvarın 2-dən başlayıb.

Tofiq Yaqublu (Müsavatın Divan üzvü, 9 gün),

Elşad İsrafilov (Müsavat Sumqayıt şəhər təşkilatının sədri, 7 gün),

Rövşən Niftalzadə (AXCP, 6 gün),

Natiq İsrafilli (Müsavat, 4 gün),

Sənubər Heydərova (İctimai fəal, 2 gün),

Şamil Nəsirli(AXCP üzvü, 1 gün)

Aksiya iştirakçılarını ziyarət edənlərin axını davam edir.Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

 

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Qeyd edək ki, iki gün öncə Müsavat başqanı Arif Hacılı aksiyaçılara müraciət edib: 

“Əziz dostlar, Mehman Hüseynova qarşı qaldırılmış yeni, uydurma cinayət işi və onun həbsxanada başladığı aclıq aksiyası Azərbaycanda və bütün dünyada böyük aks- səda doğurdu. İndi ölkənin siyasi gündəmində ən çox müzakirə olunan məsələ budur. Heç şübhəsiz ki, sizin “Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə keçirdiyiniz aclıq aksiyası da problemə diqqətin yönəlməsində mühüm rol oynadı. Hər gün sizinlə təmasda olduğuma görə bilirəm ki, aclıq aksiyası bəzilərinizin səhhətində ciddi problemlər yaradıb. Bu elə problemlərdir ki, həyatınız boyu özünü biruzə verəcək. Hər birinizin mübarizənin sonrakı mərhələsində sağlam və güçlü olmağınız çox vacibdir. Səhhətinizdə yaranmış fəsadları və siyasi məhbuslar məsələsinin artıq cəmiyyətin və beynəlxalq birliyin tam diqqət mərkəzində olduğunu nəzərə alaraq aclıq aksiyasını dayandırmağınızı xahiş edirəm”, – deyə Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“Siyasi məhbusların azadlığı, Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət uğrunda fədakarlığığınıza görə sizə öz adımdan və Müsavat Partiyası adından dərin təşəkkürümü bildirirəm. Mübarizə davam edir! Bu vətən bizimdir!”, – Arif Hacılı bildirib. 

Aksiya iştirakçıları Mehman Hüseynova qarşı qaldırılan yeni cinayət işinin xətm olunmasını, onun və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edirlər.

 

Könül Alı

Bastainfo.com