Amnesty İnternational Mehman Hüseynovla bağlı İlham Əliyevə müraciət etdi

Nüfuzlu Amnesty International təşkilatı Mehman Hüseynovun azadlığa buraxılması üçün tədbirlər görmək çağırışı ilə ölkə başçısı İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

“Cənab İlham Əliyev,

Azərbaycan hakimiyyəti “vicdan məhbusu” kimi tanınan Mehman Hüseynova cəza müddətinin sona çatmasına az müddət qaldığı bir zamanda, 26 dekabr 2018-ci ildə “hakimiyyət nümayəndəsinin sağlamlığına və həyatına təhlükə törətməkdə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək” ittihamı ilə yeni cinayət işi qaldırıb. Görkəmli jurnalist və açıq-aşkar hökumət tənqidçisi, saxlandığı həbsxana müəssisəsində bir nəzarətçiyə hücum iddiası ilə günahlandırılıb. O, ittihamları inkar edir.

Mehman Hüseynov günahkar sayılacağı təqdirdə onu yenidən yeddi ilədək həbs gözləyir. Mehman Hüseynov 26 dekabrdan etibarən yeni cinayət törətdiyi ittihamlarına etiraz etmək üçün aclıq aksiyası keçirir və vəkilin sözlərinə görə, hazırda sağlamlığı kritik vəziyyətdədir. Mehman Hüseynov hazırda polisə böhtana dair uydurma ittihamlarla iki illik həbs cəzası çəkir. O, polis idarəsində işgəncələrə və pis rəftara məruz qaldığı barədə ədliyyə binasının qarşısında bəyanat verdikdən sonra ittiham olunub. O, bir vicdan məhbusu kimi və heç vaxt təqib olunmamalı və məhkum edilməməlidir.

Amnesty International azadlığına üç ay qalmış Mehman Hüseynova qarşı yeni ittihamları siyasi motivli hesab edir və hökumətə qarşı tənqidi fikirlər ifadə etdiyinə görə cəzalandırılmaq və başqalarını da danışmaqdan çəkindirmək məqsədi güddüyünü hesab edir.

Mehman Hüseynova qarşı yeni ittihamların ləğv edilməsini onun  ifadə azadlığı hüququnu azad surətdə həyata keçirməsi üçün dərhal və şərtsiz azad olunmasını təmin etmək üçün bütün lazımi addımları atmağa çağırırıq”.

Müraciətin surəti Azərbaycanın Hollandıyadakı səfiri Cəlal Mirzəyevə göndərilib.

 

Heybət Əmrah

Bastainfo.com