Avropa Parlamentinin deputatı Mehman Hüseynovu azad etməyə çağırdı

Avropa Liberal Demokrat İttifaqının (ALDE) vitse-prezidenti, Avropa Parlamentinin üzvü Petras Austreviçus həbsdəki bloger Mehman Hüseynovun azad olunmasını tələb edib.

O, özünün tvitter səhifəsində blogger Mehman Hüseynov işini yaxından izlədiklərini bildirib. Deputat blogerin adından yayılan son müraciəti vəkillərinin təcüblə qarşıladığını xatırladıb.

“Mehman Hüseynovu dərhal və şərtsiz azad etməyə çağırıram “, – deyə, Petras Austreviçus yazıb.

 

 

Qeyd edək ki, Petras Austreviçus Avropa Parlementinin Litvadan olan deputatıdır. Onun təmsil olunduğu partiya ALDE-də Müsavat Partiyasının müttəfiqlərindən biridir. 

Xatırladaq ki, yanvarın 17-də Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin müzakirə olunacağı gözlənilir.  

 

Mustafa Hacıbəyli

Bastainfo.com