Tramp Türkiyəni hədələdi: “İqtisadiyyatınızı məhv edərik”

ABŞ prezidenti Donald Tramp Suriyadakı kürdlərə zərbə endiriləcəyi təqdirdə Türkiyə iqtisadiyyatını məhv etməklə təhdid edib.

O, bu barədə özünün Twitter səhifəsində yazıb. ABŞ liderinin fikrinə görə, Suriyadakı Amerika qoşunlarının çıxarılmasından sonra ölkədə kürd qruplaşmaları və türk əsgərlərinin mövqeləri arasında 20 millik təhlükəsizlik zonası yaratmaq lazımdır.

Eyni zamanda, Tramp kürdləri də günahlandırb və Ankaranı təxribata çəkməyin lazım olmadığını söyləyib.

Dekabrın 12-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yaxın vaxtlarda Fırat çayının şərqindəki terrorçulara qarşı yeni hərbi əməliyyatlara başlayacağını açıqlayıb. Terrorçular arasında Kürd Demokratik Birlik Partiyasının (PYD) və Xalq Özünümüdafiə Dəstələrinin (YPG) nümayəndələri çoxluq təşkil edir.

Ənənəvi olaraq ABŞ tərəfindən dəstəklənən bu qruplaşmalar Suriyanın şimal bölgələrinə nəzarət edir.

Tramp Suriyadakı “İslam Dövləti” (İŞİD) ordusu üzərində qələbə qazandığını bildirib və 2018-ci ilin sonunda ABŞ hərbi birliyinə ölkəni tərk etməyi əmr edib.

Heybət Əmrah

Bastainfo.com