Rəsulzadənin 135 yaşı qeyd edildi – FOTOREPORTAJ

Bu gün Müsavat Partiyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Müsavat Partiyasının yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin 135 yaşı doğulduğu Novxanı kəndində təntənə ilə qeyd edilib. 

Mitinqdə çıxış edən Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı deyib ki, hakimiyyət Rəsulzadə ilə mübarizə aparır. O vurğulayıb ki, Rəsulzadədən qorxurlar: «Çünki bilirlər ki, Rəsulzadə yolu ilə gedənlərə məğlub olacaqlar».

S.Soltanlı habelə, bu günlər M.Ə.Rəsulzadənin doğulduğu evin önünə vurulan barelyefin oğurlanması və sonradan vurulan lövhədə «müsavat» və «cümhuriyyət» sözünün yer almamasına münasibət bildirib: «Amma onlar nəyi silirlərsə, həmin anlayışlar insanların ürəyinə köçür».

Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı danışanda isə elektrik kəsilib. Bundan sonra heykəlin önündə «istefa» şüarı səslənib.

Daha sonra elektrik bərpa olunub.

Müsavat Partiyasının keçmiş sədri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib ki, Azərbaycanın xoşbəxtliyi M.Ə.Rəsulzadə yolu ilə bağlıdır: «Bakıda yüzlərlə heykəl ucadırlar. Amma Bakıda Rəsulzadəyə heykəl ucaltmırlar».

İ.Qəmbərin deməsinə görə, hələ Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Bakıda M.Ə.Rəsulzadəyə heykəl ucaltmaq haqqında tapşırıq verilib. Onun qeyd etməsinə görə, Ömər Eldarov heykəli hazırlayıb. İ.Qəmbər əlavə edib ki, 1994-cü ildə Ö.Eldarovun emalatxanasında M.Ə.Rəsulzadənin çox gözəl heykəlini görüb.

«Rəsulzadənin həmin emalatxanada girov qalan heykəlinə azadlıq tələb edirik», – deyə o vurğulayıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə M.Ə.Rəsulzadəni «Azərbaycan tarixinin ən böyük şəxsiyyəti» adlandırıb. ​«Bu dövlət hər kəsə bərabər imkanlar yaratmışdı», – deyə o qeyd edib.

A.Hacılı çıxışının sonunda da vurğulayıb ki, Rəsulzadə ideyaları qalib gələcək. Yubiley tədbirində Musavat Məclisinin üzvü professor Almaz Əliqizı, Müsavat divanının üzvü Yadigar Sadıqlı da çıxış edib. Yadigar Sadıqlı çıxışında gənclərə Rəsulzadənin əsərlərini oxumağı tövsiyyə edib.

Tədbirdən sonra partiya rəhbərliyi və  bir qrup Müsavat fəalı Məhəmməd Əmin Rəsulzadənin Novxanı kənd məzarlığında uyuyan yaxınlarının məzarlarını ziyarət ediblər.

 

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

 

Könül Alı

Bastainfo.com