ABŞ Venesuelaya humanitar yardım göndərdi

Amerika Birləşmiş Ştatları Venesuelaya humanitar yardımının ilk partiyasını göndərib.

Bu barədə ABŞ Dövlət Departamentinin Twitter səhifəsi məlumat verib.

“Amerika Birləşmiş Ştatları Venesuela vətəndaşları üçün Kolumbiyada yerləşən Kukuta şəhərinə humanitar yardımın ilk gəlişindən qürur duyur. Venesuelalıların çətinliklərinə kömək etmək üçün Juan Guaydo və tərəfdaşlarımızla birlikdə çalışmağa davam edəcəyik “, – məlumatda deyilir.

Reuters agentliyinin verdiyi məlumata görə, ABŞ ötən həftə özünü müvəqqəti prezident elan edən Juan Guidonun müraciəti əsasında Venesuelaya dərman və ərzaq göndərib. Venesuela prezidenti Nikolas Maduro hərbçilərə yardımın Kolumbiya sərhədini keçməsinə maneə yaratmağı əmr edib. Dünya Bankının məlumatına görə, Kolumbiyada Venesuelanın ən az 1.2 milyon vətəndaşı var. Onlar dərman və qida çatışmazlığı səbəbilə ölkəni tərk ediblər.

Venesuelada yanvarın 23-də əhalinin kütləvi etirazlarından sonra siyasi vəziyyət gərgin olaraq qalır.

Heybət Əmrah

Bastainfo.com