Faktınız varsa, qoyun ortaya!

Eldəniz Yusibov

Hər tərəfdən, bütün cinahlardan hücüma keçiblər.

Başda hakimiyyət olmaqla, Iran və Rus rejimlərinin əlində alətə cevrilmiş məlum dəstələr, qruplar, ölkəmizin ərazi bütovlüyünə qarşı olan qüvvələr və onlara dəstək verənlər – şəxsi incikliklərini, intriqalarını, qısqanclıqlarını siyasi müstəviyə çıxararaq qısas almaq niyyətində olanlar və sair.

Şər, böhtan, aşağılamaq, nifaq salmaq, təhqir etmək kampaniyasına başlayıblar. Dəfələrlə bu cür kompaniyalara başlasalar da, nəticədə istədiklərinə nail ola bilməyiblər. Bu dəfə də ugursuzluğa düçar olacaqları şübhəsizdir.

Hədəfləri yenə Müsavat Partiyası, partiyanın başqanı Arif Hacılı, keçmiş başqan İsa Qəmbər, partiyanın rəhbər strukturlarında təmsil olunan şəxslər,  Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) və onun üzvləridir.

Səbəb nədir və nə ücün total şəkildə kampaniyaya başlayıblar?

Bir müddət əvvəl Müsavat Partiyasının başqanı Arif Hacılı talış separatçılarının rəhbəri Əlikram Hümbətov haqqında FB səhifəsində bir status yazıb, onun kimliyini göstərdi. Dərhal verilən komandaya əsasən Arif bəyə, Müsavat Partiyasına qarşı hücumlar başladı. Normal polemikadan uzaq, təhqir, şantaj, yazmaqla Ə. Hümbətovun müdafiəsinə qalxdılar.

Bu yaxınlarda Müsavat Partiyası Güney Azərbaycan azadlıq mübarizəsinin lidərlərindən biri Abbas Lisaninin Iranın xususi xidmət orqanları tərəfindən ogurlanaraq, işgəncələrə məruz qalması ilə baglı bəyanat verdi. Arif Hacılı bu barədə ayrıca yazı yazdı. Bu bəyanatdan sonra Iranın Azərbayçandakı əlaltıları total şəkildə Müsavat Partiyasını, onun rəhbərliyini hədəf seçərək, kampaniyaya başladılar.

Müxalifət partiyalarının, o cümlədən Müsavat Partiyasının da fəal şəkildə iştirak etdiyi uğurlu 19 yanvar mitinqi hakimiyyətin çiddi təşvişinə səbəb oldu. Mitinqdən sonra həbslərlə yanaşı, ideloji zəmində də mitinqdə iştirak edən siyasi partiyalara, o cümlədən Müsavat Partiyasına və onun rəhbərərinə qarşı total qarayaxma kampaniyası başlandı. 

Bu kampaniyaya Avropada yaşayan, heç 25 gün müxlaifətdə olamyan, hakimiyyətin yanında olan, onların dəstəkciləri olan və “25 ildir müxalifətdə olanlar siyasi səhnədən getməlidirlər” tələbi ilə orataya atılan Laçın Məmişov, Nahid Çəfərov və yuxarıda qeyd etdiyim qrupların təsiri altında olanlar xüsusi fəallıq edirlər.

Bunların hədəfində isə Müsavat Partiyası, Isa Qəmbər, Arif Hacılı, partiya rəhbərliyində təmsil olunan şəxslərlə yanaşı, Müsavat AKM və onun üzvləridir.

Müsavat AKM-in yaranması, fəaliyyəti hakimiyyət də daxil olmaqla, bir çox “azərbayçansevənlərin” ciddi narahatlığına səbəb olub. Təşkilata qarşı müxtəlif zamanda və müxtəlif formada əks-təbliğat aparılıb. İrəli sürdükləri əsas ittihamlar ənənəvi olaraq sənəd satılması haqqında cəfəng iddialardır. Zaman-zaman bu məsələ gündəmə gətirilsə də, bu günə kimi bunu təsdiq edən heç bir resmi sənəd ortaya qoyulmayıb.

Doğrudan da əlinizdə bələ bir fakt varsa, nə üçün bu sənədləri paylaşmırsınız? Buyurun, faktlarınızı, əlinizdə olan rəsmi sənədləri qoyun ortaya. 

Laçın Məmişovun paylaşdığı son videoada, qarşı tərəfin fikirini öyrənmədən rəy bildirmək, qərar çıxarmaq nə dərəcədə doğrudur?

Buyurun, əlinizdə TV-lər var, dəvət edin Mehdi Xəlilbəylini, qoy o da baş verənlərə münasibət bildirsin, aydınlıq gətirsin. L.Məmişovun M.Xəlilbəyli ilə aralarında olan şəxsi insidentdən qaynaqlanan məsələnin Müsavat Partiyasına nə aidiyyatı var?

Müsavat Partiyasının başqanı Arif Haçılıya qarşı Laçın Məmişovun ittihamları da tam əsassızdır. Arif bəy Laçin Məmişovun çəkdiyi filmin məlum səbəblərə görə nümayiş edilməsinə icazə vermədiyi ücün (baxmayaraq ki, Müsavat AKM-in təsis konfransında Laçın Məmişovun bir filmi nümayiş olunmuşdu) bu gün o, qisas almaq üçün hərəkətə keçib.

Müsavat Partiyasını, partiyanın başqanını, lideri Isa Qəmbəri hədəf almasının arxasında hansı qüvvələrin durduğu da aydındır.

Laçın Məmişovun paylaşdığı videoya rəy bildirənlərlə bağlı maraq ücün kiçik bir araşdırma apardım. Rəy bildirənlərin 80 faizindən çoxunun talış separatçılarının və hakimiyyət adamlarının olduğu məlum oldu. Milli ayrı-seçkilik, ölkəmizin ərazi bütovlüyünə yönəlik şəkillər, videolar, xəritələr, M.Ə.Rəsulzadə daxil olmaqla, Müsavat Partiyasına, Isa Qəmbərə, Arif Hacılıya qarşı nə gədər kin-küdrətlə dolu rəylərlə rastlaşdım. Yazılan rəylərin ifrat həddə catması nəticəsində hətta Ə. Hümbətov müdaxilə etmək məcburiyyətində qalıb.

Görünən odur ki, Müsavat Partiyası olaraq, Müsavat AKM olaraq doğru və düzgün yoldayıq. Bu yolda bizə manə olmaq istəyənlər çox olacaq və bütün bunlar bizi ruhdan salmamalıdır. Heç bir maneəyə baxmayaraq, apardıgımız şərəfli və çətin mubarizədə, Azərbaycanda demokratik bir cəmiyyətin qurulmasında, bu mubarizəyə töhfə verə biləcək bütün insanlarla əl-ələ verərək mübarizəmizə davam edəcəyik.

P.S. Bu gün üç müsavatçının – Azad Həsənovun, Mustafa Hacıbəylinin, Əbülfəz Sadıqlının məhkəmə prosessləri gedir. Bütün siyasi məhbuslara AZADLIQ!

Bu vətən bizimdir!