İlkin Rüstəmzadənin bacısı təhsil aldığı universitetdə təzyiqlə üzləşir

Dedi ki, “qardaşın terrorist olsa belə, heç kim ona görə sənə təzyiq edə bilməz.” Ama bunların boş söz olduğunu yaxşı bilirdim. O da məsələni aydınlaşdırıb, haqqlı olduğumu gördü. Təbii ki, həmin müəllimə özləri vermişdi tapşırığı. Sonra o müəllimə nə deyildi, nə deyilmədi bilmirəm.

Məlum “Əsgər ölümlərinə son!” aksiyasının təşkilatçısı, NİDA Vətəndaş Hərəkatının üzvü, siyasi məhbus İlkin Rüstəmzadənin bacısı Türkan Rüstəmzadə təhsil aldığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təzyiqlə üzləşir. 

Türkan Rüstəmzadə bu haqda özü məlumat yayıb.

70 yaşlı mexatronika və robototexnikaya giriş fənnini tədris edən Sayəddin Cəfərovu üzərimə qaldırdılar

Mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İTİF fakültəsində oxuyuram. Dərs ilinin açıldığı müddətdən indiyədək mənə müəyyən təzyiqlər olunur. Hər fənnin müəllimlərin ayrı-ayrı üzərimə qaldırdı rəhbərlik. Yəni mənə görülən bu müameleni hiss etməmək mümküm deyildi. Hiss etməkdən də əlavə açıq edirdilər zatən. Ətrafdakılar da hiss edirdi. Ən əsas da 70 yaşlı mexatronika və robototexnikaya giriş fənnini tədris edən Sayəddin Cəfərov-u üzərimə qaldırdılar.

Məni imtahandan kəsməklə hədələdi

Müəllim səbəbsizcə mənlə dirəşməyə başladı. Balımı kəsdi, sərbəst işlərimi, təqdimatımı götürmədi, kollekviumda balımı kəsdi, hələ keçirilməsinə 2 həftə qalan kollekviumun qiymətin mən dərsdə olmaya-olmaya, imtahanı keçirmədən, hamıya ürəyi istəyən qiyməti yazmışdı(mənə də az bal təbii ki), məni imtahandan kəsməklə hədələdi. Hər dərs məni səbəbsizcə ayağa qaldırıb, siyasətdən danışırdı. Azərbaycan Xalq Cəbhəsi Partiyasından danışırdı. Və nəhayətində dekabr ayında imtahana giriş balım 16 idi. Gedib rektoratlığa şikayət edəcəkdim, rektorumuzun qəbul günü olmadığı üçün məni tədris işləri üzrə prorektorun yanına göndərdilər. Getdim prorektorla danışdım, məsələni izah elədim, mənə qarşı tək bir müəllim yox, bütün müəllimlər tərəfdən necə haqqsızlıq olduğun izah elədim. Səbəb soruşduqda isə qardaşımın siyasi məhbus olduğunu bildirdim. Dedi ki, “qardaşın terrorist olsa belə, heç kim ona görə sənə təzyiq edə bilməz.” Ama bunların boş söz olduğunu yaxşı bilirdim. O da məsələni aydınlaşdırıb, haqqlı olduğumu gördü. Təbii ki, həmin müəllimə özləri vermişdi tapşırığı. Sonra o müəllimə nə deyildi, nə deyilmədi bilmirəm.

İlk cümləsi “məni gedib şikayət etmisən?” oldu

Növbəti həftə bir də apardım təqdimatı sərbəst işləri. İki qrup bir yerdə verirdik, ama tək-tək qəbul edirdi. Otaqda bir neçə nəfər var idi. Hər danışığında, hər cümləsində mənə replika atırdı. “Sözünüz olanda gəlin birinci mənə deyin, o dəqiqə hoppanıb getməyin rektoratlığa, prorektoratlığa”. Sərbəst işlərimdə bir hərf səhvi tutub götürməyən adam, üzünə baxmadı heç ”apar qoy ora” dedi. Təqdimatımı verdim yenə dedi ki sənə bal yazmayacam, yazsam da 3-4 bal yazacam. Uşaqlar içəridə olduğu müddətdə, mənə dedi ki, “Eşitdim kollekvium qiymətindən narazısan, istəyirsən bir də keçirək sənə. Razısan?”, mən də razılığımı bildirdim. Soruşdum ki elektrona yazılan qiymət dəyişiləcək? Dedi ki, ”təbii ki yox”. Dedim bəs onda niyə yenidən yazmalıyam ki? Mənə dedi ki, “özündən əmin olmaq üçün” Nəysə mənim işim bitdi və çıxırdım. Mənə dedi ki, “sən axıra qədər gözlə sənlə işim var”. Dedim mən evə getməliyəm. Saat artıq 5-in yarısı idi, dərsimiz isə 13:50-də bitmişdi. Dedi ki,”sənin dərsdən vacib heç bir işin ola bilməz.” Mən də qala bilməyəcəyimi bildirdim. Hamını otaqdan çıxartdı. Və mənə dedi ki, keç otur. İlk cümləsi “məni gedib şikayət etmisən?” oldu. Mən də dedim ki, hə şikayət eləmişəm. Mənim üzümə durdu ki, dediklərimin heç birin etməyib, məni imtahandan kəsməklə hədələməyib. Qısacası müəllim huri-mələk imiş, mən özümdən uydurmuşam hər şeyi. Mənə etdiyi haqsızlıqlara görə, hər dəfə müəllimlə danışmağa çalışsam da, mənə sözümü deməyə imkan verməyib “səni eşitmək istəmirəm” deyib qapını üzümə vurub gedirdi. Mənə dedi ki, “niyə gəlib mənim özümlə danışmadan gedib prorektoratlığa şikayət etdin?”. Dedim siz məni dinləmirdiz, mən də məcbur idim fikrimi kiməsə çatdırım. Nəysə imtahanlar başladı, həmin fənndən imtahana giriş balım 39 oldu. 

İkinci semestr mənim daha da incidiləcəyimi bildirir

İmtahandan öncə, məsləhət saatına getdim. Həmin müəllim yenə başladı ki, “mən yapçıyam, mən fəxr edirəm ki bizim Heydər Əliyev kimi öndərimiz olub, fəxr edirəm ki, bizim prezidentimiz İlham Əliyevdir” kimi sözlər. İmtahan günü də, yenə heç kimə göstərilməyən münasibət mənə göstərildi. İmtahanımız yazılı-şifahi idi. Qısacası müəllimin əlinə düşmüşdüm)İmtahandan çıxanda isə, “Türkan, bilirsən də, istəsəydim sənə 16 bal yazıb səni 1 bal ilə imtahandan kəsərdim” dedi. Ama kəsə bilmədi, çox heyif))…. Çalışdım ki, bir az ətraflı izah edim. Yəni mənə olan münasibətlər tək bu deyildi, bunun kimi çox idi. 2 gün qabaq isə bilərəkdən imtahandan kəsdilər. Bu gün getdim universitetə, nə dedimsə bir dənə arqument gətirdilər. Daha vaxtı keçibmiş, apelyasiyaya da müraciət edə bilməzmişəm. 24 saat ərzində vermək lazım idi. Bizə isə bu barədə heç bir məlumat verilməyib. Yəni haqsızcasına məni imtahandan kəsdilər. Və heç nə edə bilmirəm.

Mənim qrup yoldaşımı çağırıb, mən barədə, mənim ailəm barədə məlumat verir

Bu da bir təcrübədi deyib keçirəm. Son vaxtlarda isə, fakültəmizin dekanı mənə xəbər göndərib. İkinci semestr mənim daha da incidiləcəyim haqda bildirir. Mənim qrup yoldaşımı çağırıb, mən barədə, mənim ailəm barədə məlumat verir. Nə haqla?! Mitinqə gedib-getmədiyimi soruşur. Belə maraqlıdırsa mənim özümü çağırsınlar. Kimisə yorub, dərsdən kənar vaxtı universitetə çağırmasınlar mənlə bağlı.

 

Yazı Türkan Rüstəmzadənin “Facebook” səhifəsindən götürülüb

Bastainfo.com