Əbülfəz Sadıqbəylinin məhkəməsi yekunlaşır

Bu gün, fevralın 13-də  Qaradağ Rayon Məhkəməsində hakim Fuad Huseynovun sədrliyi ilə Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyliyə qarşı cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Müsavat başqanının müavini Fərəc Kərimlinin yaydığı məlumata görə, prosesdə vəkil Osman Kazımovun cinayət işində ifadələrinin xüsusi əhəmiyyəti olan şahidlərin dindirilməsi ilə bağlı verdiyi vəsatət təmin edilməyib.

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Məhkəmə prosesi 20 fevral saat 14:00-da davam edəcək.

Məhkəmə prosesində Müsavat başqanının müavini Fərəc Kərimli, Divan üzvləri Tofiq Yaqublu, Alya Yaqublu  və Vəfa Cümşüdlü, Əbülfəz Sadıqbəylinin yaxınları və bir qrup Müsavat fəalları iştirak edib.

 

На данном изображении может находиться: 6 человек, в том числе Qedir Nagiyev и Dadash Ahmadli, люди стоят, дерево и на улице

Qeyd edək ki, Əbülfəz Sadıqbəyli yol polisinə “Nikoyl” bankının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb. Müsvatçı gənc Cinayət Məcəlləsinin 178.2.4, və 320-ci maddələri ittiham olunur.

Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs edilib. Ayın 21-də Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək ittihamı verilib.

Müsavat Partiyası bəyan edib ki, Əbülfəz Sadıqbəyli siyasi motivlərlə həbs olunub.

 

Mustafa Hacıbəyli

Bastainfo.com