Müsavat başqanı AXCP sədrinin müşavirinin azadlığa çıxmasından yazdı

Müsavat başqanı Arif Hacılı AXCP sədrinin müşaviri siyasi məhbbus Məmməd İbrahimin bu gün məhkəmə zalından azadlığa buraxılması barədə yazıb.

Arif Hacılı bu haqda özünün “facebook” səhifəsində status yazıb.

“Məmməd İbrahim nəhayət azadlığa çıxdı. Onunla telefonla danışdıq. 16 saylı “zon” un keçmişi və bu günü barədə maraqlı söhbətimiz oldu. İlk dəfə bu həbsxanaya 2012-ci ildə bizim görüşümüzə gəlibmiş. Sonra özü burada uzun müddət dustaq həyatı yaşadı…”, Arif Hacılı bildirib.

“Dünən İlham Əliyev dedi ki, dünya dəyişib. Bunun dərk olunması da, Məmməd İbrahimin gec də olsa azadlığa buraxılması da müsbət hadisələrdir. Davamı gəlməlidir. Çünki dəyişən dünya siyasi məhbusların olmasını qəbul etmir. Bütün siyasi məhbuslara azadlıq!”, Arif Hacılı əlavə edib.

 

Bastainfo.com